Dəmirçi Dadaş dayı, dədəm deyir ki, dəmiri daşa, daşı dəmirə döyməsin. Dəmiri daşa, daşı dəmirə döysə, dəmir deşilər.
Yanıltmacda işlənmiş feillərdən birində işin görülmədiyi anlaşılır. Həmin feili səsləndirin.
1) Bir səhər yenə Sahab kostyumunu geydi. 2. Evdən çıxanda arvadı ilə rastlaşdı. 3) Sahab köksünü ötürdü. 4) Sahab yuxarı qalxdı. 5) Elə oradaca durdu. 6) Sürücünün sifəti mehriban bir ifadə aldı. 7) Sürücü onun gözlərini yaşlı gördü.
Keçənlər zəhmətlə əkdiyi bağdan
Gələnlər meyvəni dərmiş hər zaman.
Köçənlər bir çox şey əkmişlər bizə,
Biz də əkməliyik gənc nəslimizə. Nizami Gəncəvi
TAP GÖRƏK
1. Əvvəl meşədə idi,
Bircə peşədə idi.
İndi yaraq olubdu,
Babama dayaq olubdu.
2. Evləri yanaşı iki qardaşım var,
Hər şeyi görürlər,
Bir-birini görmürlər
2-ci tapmacada işlənmiş feillər üzərində müşahidə aparın. Bu feillər bir-birindən nə ilə fərqlənir?
Süzmək – 1) Mayeni qatışıqdan, xıltdan və s.-dən təmizləmək, saflaşdırmaq üçün süzgəcdən keçirmək - Südü süzmək. // Suyunu çıxarmaq, sudan ayırmaq. Düyünü süzmək. Qatığı süzmək; 2) Tökmək (ancaq içməli şeylər, xüsusən çay haqqında). – çay süzmək; 3) Yarıqapalı gözlərlə baxıb nəzərdən keçirmək – Başdan-ayağa süzmək; 4) Qanad çalmadan sakit-sakit, səssiz uçmaq – Qartal havada süzürdü. 5) Məcazi mənada: Oynamaq, rəqs etmək. – Toyda çox gözəl süzdün.