Qarışqa hörümçəyin yaşadığı yerə gəlir. Ondan yemək istəyir. Hörümçək qarışqanı çox yaxşı qarşılayır. Ən gözəl yeməklərdən onun qarşısına düzür. Qarışqa yeməyini yeyəndən sonra hörümçəyə təşəkkür eləyib evinə qayıdır.
Cümlələrin sonunda işlənmiş feilləri elə dəyişin ki, onlar birinci şəxsi bildirsin. Sonra cümlələrdəki artıq sözləri atıb, onları birinci şəxsə uyğun yenidən qurun və səsləndirin.
Alışmaq1 – Odlanmaq, alovlanmaq, od tutub yanmaq: Ocaq alışdı.
Alışmaq2 – 1) Öyrəşmək, vərdiş etmək, adət etmək: Çətinliyə alışdım; 2) Dadanmaq, öyrənmək; 3) Əhliləşmək, ələ öyrənmək, isinişmək.
Bəsləmək – 1) Tərbiyə edib böyütmək, boya-başa çatdırmaq – Vətənə layiqli övladlar bəsləmək; Yetişdirmək, becərmək-körpə quzuları bəsləmək. 2) Qidalandırmaq, yedirmək, yedirib-içirtmək, yedirib-kökəltmək – qidalı yeməklərlə bəslənmək; 3) Duymaq, hiss etmək, ürəyində saxlamaq – məhəbbət bəsləmək; 4) Məcazi mənada – qorumaq, saxlamaq.
TAP GÖRƏK
1. Qoyun deyil, otlayır,
Toyuq deyil, yumurtlayır.
2. Bir tabaq qara üzüm,
Bir-bir yollara düzüm.
3. Yazda yığır yeməyini,
Çox sevir öz əməyini.
Yeyib yatar baharadək,
Nədir adı, tapın görək.