gənc bəstəkar, istedadlı tələbə, zəfər marşı, musiqi əsərlərinin müəllifi, not dəftəri, fortepiano üçün süita, doğma diyar, qadın əlləri, teatrın repertuarında, maraqlı əsərlər, operanın tamaşaya qoyulması, bəstəkarın yaradıcılığı, ömrünün ixtiyar çağında
Layla dedim ağlama.
Ürəyimi dağlama.
Böyü bir qoç igid ol,
Mənə ümid bağlama.
Altından xətt çəkilmiş sözləri “-ma” şəkilçisiz oxuyun və müşahidə etdiyiniz dəyişiklik barədə fikirlərinizi söyləyin.
TAP GÖRƏK
1. Hay gedər, huy gedər,
Bircə qarış yol gedər.
2. Baş üstə durar,
Baxıb göz vurar.
3. O tayda durar, gedər,
Boynunu burar gedər.
Bir sürüyə girəndə
Qırxını qırar gedər.
Necə düşünürsünüz, tapmacada iki söz niyə yaşıl rəngdə verilmişdir? Bununla bağlı hər hansı fikriniz varmı?
Qədim zamanlarda qarışqalar heç də indiki qədər çalışqan deyilmişlər. Gün boyunca veyil-veyil gəzib dolaşar, ya da yatıb xor-xor xoruldayarmışlar. Arabir* ac qalmamaq üçün işləyərmişlər. Hələ içlərində bir qarışqa varmış ki, lap şah tənbəliymiş. Hər gün yuxudan oyanıb gözlərini açan kimi: “Ah, ah... Nə eləyim, necə eləyim ki, bu gün əlimi ağdan qaraya vurmayım, ancaq qarnımı doyuzdura bilim”, - deyərmiş.
Günlərin bir günü həmin qarışqanın ağlına belə bir fikir gəlir: “Eeeh... Bu qədər dostum-tanışım var. Hər gün birinə qonaq getsəm, bundan kimə zərər dəyəcək ki?! Belə eləsəm, həm qarnımı doyuzduraram, həm də işləyib yorulmaqdan canım qurtarar”.