edib sözləri oxuyun. Zamanın necə dəyişməsi, sözlərin mənalarında yaranan dəyişiklik üzərində müşahidə aparın.
A) dəbdəbəli B) cah-calallı C) təmtəraqlı Ç) əzəmətli
Münasib – uyğun, müvafiq, yaraşan – münasib işlər, münasib yer
Sinonimləri: əlverişli, məqbul, yararlı, layiq
Münasib görmək – layiq bilmək, müvafiq hesab etmək, yaraşdırmaq.
Münasib olmaq – uyğun olmaq, müvafiq gəlmək, yaraşmaq, yerində olmaq.
Məharət – bir iş görməkdə ustalıq, bacarıq, qabiliyyət, hünər.
Sinonimləri: 1) bacarıq, qabiliyyət, hünər;
2) cəldlik, diribaşlıq, zirəklik, çeviklik
Məharət(ini) göstərmək – qabiliyyətini, bacarığını, hünərini göstərmək.
Yadda saxlayın: İndiki zaman şəkilçilərindən sonra “-lar, -lər” gəldikdə zaman şəkilçilərindəki [r] səsi [l] kimi, yəni aşağıdakı şəkildə tələffüz olunur:
Belə yazılır
yaz+ır+lar
barış+ır+lar
dincəl+ir+lər
güləş +ir+lər
küsüş+ür+lər
gülüş+ür+lər
yuyun+ur+lar
qoru+yur+lar
Belə deyilir
[yaz+ıl+lar]
[barış+ıl+lar]
[dincəl+il+lər]
[güləş +il+lər]
[küsüş+ül+lər]
[gülüş+ül+lər]
[yuyun+ul+lar]
[qoru+yul+lar]