Hər ikisi qayıdıb maşına oturdu. Maşın yola düşdü. Şair hələ də gözünü dağların uca zirvəsindən ayırmamışdı...
2) Çoban duruxdu. Gülümsünüb: – Yox, qardaş, – dedi, – bəs bu qoyunlar, bu dağlar üçün kim oxusun? Qoca anamı kimin ümidinə qoyum?
Şair və bəstəkar çobanı inandırdılar ki, ona şəhərdə hər cür şərait yaradacaqlar...
Axtaran tapar, yoğuran yapar. 2) Görünən kəndə nə bələdçi?! 3) Gəzən ayağa daş dəyər!
1) Arxada oturmuş iki nəfər gursaçlı kişi səfərdən əliboş ... .2) Onlar ildə bir dəfə belə səfərə çıxar, lakin ... . 3) Maşın yamaca çathaçatda ... . 4) Şair onun dediklərini eşitmirmiş kimi,... . 5) Maşının yanına qalxıb oradan... .
Feilin keçmiş zamanı hərəkətin keçmişdə yerinə yetirildiyini, icrasının söhbət gedən vaxtadək başa çatdığını bildirir.
Hərəkətin keçmiş zamanda baş verdiyini bildirmək üçün feillərə -dı,-di, -du, -dü; -mış, -miş, -muş, -müş, -ıb, -ib, -ub, -üb şəkilçilərindən biri artırılır. Məsələn: bağışla+dı+m, keç+di+n, yuyun+du, döz+dü+k; seç+di+niz, qoru+du+lar, al+mış+am , kökəl+miş+sən, oxu+muş+dur, oyan + ıb + san, öyrən + ib + siniz, üşü+yüb, gecik+ib+lər və s.
GÜLƏK VƏ DÜŞÜNƏK