Söhbət zamanı darvazanın köməyi açıldı (üzməyi, qanadları, qapısı). Uşaqlann dünən çöldə gördükləri peşman Səftər içəri girdi (keşikçi, qapıçı, gəmiçi). Əlində nə isə üzürdü (doğramışdı, tutmuşdu, sürüdü). O, uşaq birliyinin rəhbərinə sıxlaşıb (yaxınlaşıb, qaçıb, öyrənib) dedi: – Bu, yəqin ki, sizin uşaqlarındır. Kiminsə dostundan çıxıb qalıb (cibindən, yadından, əlindən).
Lovğa – Özü haqqında yüksək fikirdə olan, başqalarına xor baxan; özünü öyən, tərifləyən – lovğa həkim...
Sinonimləri: təkəbbürlü, iddialı, təşəxxüslü, ədəbaz.
Təvazökar – Öz üstünlüklərini gözə çarpdırmağı, öz xidmətləri ilə öyünməyi sevməyən, şöhrətpərəstlikdən, lovğalıqdan uzaq olan; özünü sadə aparan – təvazökar həkim...
Sinonimləri: ədəbli, sakit, sadə, dinc, utancaq.
GÜLƏK VƏ DÜŞÜNƏK
Bir gün bir dərviş yolda Mollanın qabağını kəsib bir qəsidə deyir.
Molla qulaq asır. Qəsidə qurtarandan sonra Molla yönəlir ki, getsin, dərviş deyir: – Molla, di bir şey ver də!
Molla: – Baş üstə, sabah gəl, verərəm.
Dərviş sabah Mollanı bazarda tutur ki: – Ver pulu!
Molla soruşur: - Nə pul?
Dərviş: – Dünən vəd etdiyin pulu.
Molla:
– Yaxşı, mən dünən sənə nəyi vəd etmişdim ki?.. Yadımda deyil*.
Dərviş: – Mən sənə söz oxudum, sən də mənə vəd etdin.
Molla: – Yaxşı, mənə bir şey-zad verib eləmədin ki?
Dərviş: – Yox, şey vermədim.
Molla bir də soruşur: – Ancaq söz oxudun da?..
Dərviş: – Bəli, ancaq söz oxudum.
Molla: – Yaxşı, sən mənə söz oxudun, mən də sənə söz verdim. Daha nə pul? Bir şey vermiş olsaydın, o başqa məsələ. Yoxsa söz vermisən, əvəzində də söz almısan da!..
qəsidə
dərviş