üçlükdə – üçü bir yerdə
ülgücləmək – ülgüclə qırxmaq
val – qrammofon və ya patefonda çalınmaq üçün xüsusi üsullarla üzərinə səs yazılmış
yastı çarx;
plastinka
veyil-veyil – avara-avara, boş-boşuna, heç bir işdən yapışmayaraq, boş-bikar
vələs – oduncağı bərk, qollu-budaqlı hündür meşə ağacı
viran olmaq – dağılmaq, uçulmaq, bərbad
olmaq, xarabalığa dönmək
yalqız – tək, kimsəsiz, yalnız, tək-tənha
yanıqlı – kədərli, qüssəli, qəmli, həzin; kədər gətirən, təsirli
yanlış – düzgün olmayan, doğru olmayan; səhv, qələt, xata
yapmaq – bişmək üçün təndirin divarına yapışdırmaq
yara – hər nə şəkildə olursa olsun, bədənin bir yerində əmələ gəlmiş zədə
yararlı – yarayan, əlverişli, uyğun, lazımlı, işə gələn, faydalı
yarğan – müvəqqəti su axınlarının əmələ gətirdiyi dik-yamaclı çuxur
yarmaq – maneəni dəf edərək yol açmaq, yarıb ortasından keçmək
yaş – canına su, rütubət hopmuş; rütubətli, çox nəm, az islaq, sulu; hələ canında
su qalmış, qurumamış
yekəpər – çox yekə, çox iri, cüssəcə çox böyük
yenilməz – basılmaz, məğlubedilməz
yeyə – metalı yonmaq, təmizləmək üçün üzəri diş-diş olan polad alət
yırtıq – cırığı, deşik yeri olan; yırtılmış; köhnəlib dağılmış; üzülmüş,
parça-parça, deşik-deşik olmuş
yoncalıq – yonca bitən yer, yonca tarlası
yuxayayan – xəmir yaymaq üçün taxtadan düzəldilmiş alət
yüyən – atın başına keçirilən kəm və cilovdan ibarət qoşqu ləvazimatı
zəfər – qalibiyyət, qələbə
zümrüd quşu – qədim əfsanələrdə özünü odda yandırıb sonra küldən törəyən əfsanəvi
quş
ağ günlər – xoşbəxtlik, səadət
Ağ yal – yer adı
ağlı başmdan çıxmaq – məc. bərk hirslənmək, acığı tutmaq
ağlı kəsməmək –1. Başa düşməmək, dərk edə bilməmək.
2. Mümkün hesab etməmək, güman etməmək
alışıb yanmaq – məc. qızarmaq
allah səni saxlasın – birinə cansağlığı və uzun ömür arzusu
ayğır – döllük erkək at
beynində həkk olunmaq – məc. həmişəlik qalmaq, unudulmamaq (zehnində, qəlbində və s. sözlərlə)
beyninə girməmək – mümkün hesab etməmək, inanmamaq; məc. təsir etməmək
bəxti gətirmək – müvəffəq olmaq, işi düz gətirmək, taleyi gətirmək
biçarə – yazıq, miskin, fağır, məzlum; bədbəxt
bihuş olmaq – özündən getmək, bayılmaq
bikar – işsiz, peşəsiz, məşğuliyyətsiz
bikef olmaq – kefi yerində olmamaq, kədərlənmək, məyus olmaq
biqərar – arasıkəsilməz, aramsız, uzunsürən
boy atmaq – uzanmaq, böyümək, inkişaf etmək
boyun qaçırmaq – imtina etmək, qəbul etməmək, boynundan atmaq
canfəşanlıq etmək – həddən artıq səy göstərmək, çalışmaq, cəhd göstərmək
canını təslim etmək – ölmək
car çəkmək – yüksək səslə camaata bir şeyi xəbər vermək, elan etmək, bildirmək
cürəti çatmaq – cəsarətlənmək, cürətə gəlmək, cəsarətə gəlmək, ürəklənmək
çanaq – içi oyulmaqla ağacdan (taxtadan) hazırlanan qab növü
çarə qılmaq – çıxış yolu tapmaq, vəziyyətdən çıxmaq, əlac tapmaq
çarəsi kəsilmək – çarəsiz qalmaq, əlacı kəsilmək, çıxış yolu tapmamaq
çaşıb qalmaq – özünü itirmək, nə edəcəyini bilməmək
çöhrə – üz, surət, sima
çömbəlib oturmaq – ayaqlarını dizlərindən qatlayıb pəncələri üstündə oturmaq
dadına çatmaq – köməyinə gəlmək, haraya gəlmək, kömək etmək
dağarcıq – kiçik dağar; çox vaxt dəridən tikilən kiçik torba, çanta
darılıq – yumru toxumları olan birillik taxıl bitkisinin əkildiyi yer
dəhşət götürmək – bərk qorxuya düşmək, dəhşətlənmək
dərinliyə varmamaq – dərinliyə getməmək, çox da
ciddi yanaşmamaq
dərisini boğazından çıxarmaq – bərk cəzalandırmaq, cəza vermək, divan tutmaq
dilini dibindən kəsmək – 1. Çox zülm edərək öldürmək;
2. Bərk cəzalandırmaq
divan – tar. ali hökumət məclisi; divanxana, hökumət idarəsi, dövlət
dəftərxanası
dodaqaltı gülmək – istehza ilə gülmək
dövrəyə almaq – əhatə etmək, mühasirə etmək, dörd tərəfinə yığışmaq, ətrafına
yığışmaq
əlacsız qalmaq – çarəsiz, imkansız, çıxılmaz vəziyyətdə qalmaq
əldən çıxmaq – qeyb edilmək, itirilmək, yox olmaq
ələ düşmək – tapılmaq, ələ keçmək, hasil olmaq
əmək itirmək – zəhməti boşa getmək, zəhmətinin nəticəsini görməmək
ər – sözündə möhkəm, mərd; qəhrəman, igid, qoçaq