o gündən etibarən – başlayaraq, sayılmaq surəti ilə
ovlaq – heyvan və quşların daim olduğu, yaşadığı
yer
ovsunlamaq – mövhumatçıların təsəvvürüncə: ovsunla özünə tabe etmək, öz təsiri
altına almaq
ovuntu – bir şeyin ovulmuş hissəcikləri, qırıntıları
öd kisəsi – qara ciyərdə olan və öd ifraz edən kisəyəoxşar orqan;
ödlük
ögey – doğma olmayan
öyüd – pis hərəkətlərdən çəkindirmək üçün deyilən sözlər; nəsihət
paslı – pası olan, pas atmış; paxırlı, cəngli
pərişan olmaq – qəmlənmək, kədərlənmək, qüssələnmək, çox məyus olmaq
pərvazlanma – uçmaq
rəsmən – rəsmi olaraq, rəsmi surətdə
rəşadət – igidlik, qoçaqlıq, qəhrəmanlıq
rəvayət – bir hadisə, əhvalat və s. haqqında qısa nağıl; hekayət
ruh – məc. ürək, qəlb
ruhlandırmaq – ürək vermək, cəsarət vermək, ürəkləndirmək
rütubətli – rütubəti olan, yaş, islaq, nəm
sadəlöhvlüklə – sadədil olma, ürəyisaflıq, ürəyitəmizlik, hiyləbilməzlik,
sadəqəlblilik, safürəklilik
saf – tərkibi təmiz olan, heç bir qatışığı olmayan, xalis, qatışıqsız
sancılmaq – taxılmaq, asılmaq, bənd edilmək, keçirilmək
sarğı – 1. Yaranı sarımaq, sınığı bağlamaq və s. üçün uzun kəsilmiş tənzif, bez və s.
parçası; bint. 2. Müəyyən məqsədlə qola bağlanan ensiz parça
səadət – bir şəxsin hər hansı bir şeydən duyduğu dərin məmnunluq və sevinc hissi;
xoşbəxtlik
səbirli – səbri olan, səbir edən
səda – səs, avaz
sədd – yıxılmaz, dağıdılmaz, çox möhkəm
səfalı – xoş mənzərəli, axar-baxarlı, ürəkaçan, xoşagələn
səmt – cəhət, tərəf, yön, istiqamət
sənətsevərlər – incəsənətin bu və ya digər növünə maraq göstərənlər
sərgüzəşt – birinin başına gələn hadisə, qəziyyə, əhvalat, macəra
sərmək – bükülmüş, lülələnmiş, qatlanmış bir şeyi açılmış hala gətirmək
sərrast – duz, düzgün, dəqiq, hədəfi düz vuran
sızlamaq – yüngülcə ağrımaq, sızı vermək
silah – hücum və ya müdafiə üçün alət; yaraq
simli – simi olan, sim salınmış, simli saz
sinədolusu – dərindən, köks dolusu
sivri – iti, şiş
siyasi xadim – hər hansı ictimai fəaliyyət sahəsində özünü göstərmiş, xidmətləri
olan şəxs
sözəbaxmaz – deyilənə əməl etməyən, məsləhət qəbul etməyən, sözə qulaq asmayan
süküt – susma, danışmama, dinməmə; sakitlik
şabalıd – qoz, fındıq cinsindən qabıqlı meyvə və bu meyvənin ağacı
şairanə – gözəl, qəşəng, füsunkar, məftunedici, valehedici
şanı – çox şirin, şirəli, ətirli üzüm növü
şəfalı – şəfa verən, şəfaverici, sağaldıcı
şəfəq – gün çıxmadan və ya batarkən göydə görünən qızartı; məc. parıltı, bərq, şölə
şəxsi heyət – hər hansı bir idarədə, müəssisədə, hərbi hissədə və s.-də xidmət edən
şəxslərin heyəti
şərik – hər hansı bir işdə (ticarətdə və s.-də) başqası ilə birgə iştirak edən
adam; ortaq
şərikli – ortaqlı, birgə
şiş – iti, sivri
şişman – çox kök, yekəqarın, şişqarın
şöhrət – zəhmət, xidmət, istedad, məharət və s. nəticəsində hamı tərəfindən
tanınma; məşhur olma,
şərəfli ad qazanma, məşhurluq, ad-san; //Adı çıxma, ad qazanma
şütümək – bərk qaçmaq, sürətlə
getmək, bərk sürüb getmək, ötüb keçmək
tağ – qovun, qarpız, xiyar, pomidor və s. bostan bitkilərinin yerlə sürünən kolu
talvar – dirəklər üzərində qurulmuş üstüörtülü kölgəlik; çardaq
tavan – binanın daxilinin üst örtüsü
təbib – həkim
tədricən – yavaş-yavaş, tədriclə, az-az, dərəcə-dərəcə
təəssüf – heyif ki, əfsus ki
təqdim etmək – vermək üçün əlində tutaraq birinin (adətən böyük
və ya hörmətli bir şəxsin) qabağına gətirmək, vermək
tələbkar – çox böyük və ciddi şeylər tələb edən, hər şeyə çox ciddi yanaşan; ciddi,
zabitəli
təmsil etmək – birinin müvəkkili olmaq, bir işdə onu əvəz etmək, onun adından danışmaq;
birinin mənafeyini, fikrini, görüşünü və s.-ni ifadə etmək
tənqidi – burada: tənqid edən, nöqsanları və onların düzəlməsini göstərən
tərəfgirlik etmək – tərəfdar olma, tərəfini tutma, tərəfgirlik
tərgitmək – adət etdiyi pis və ya zərərli adətdən əl çəkmək, həmin işi daha etməmək
tərtibat – tərtib olunmuş bir şeyin xarici görünüşünü, görkəmini təşkil edən
xüsusiyyətlərin
(kitabın, qəzetin şəkillərinin, şriftlərinin, ya səhnə tamaşasının dekorasiya və geyimlərinin və s.
-nin) məcmusu
topa-topa – qalaq-qalaq, yığın-yığın
tor – balıq, quş və s. tutmaq üçün ipdən çarpaz toxunaraq bərabər məsafələrdə
düyünlə bərkidilmiş alət
torağay – əsasən səhralarda və çəmənliklərdə yaşayan sərçəkimilər dəstəsindən
oxuyan quş
tunc – burada: qızılı-qəhvəyi rəng
tuşlamaq – nişan almaq, nişanlamaq, hədəfə yönəltmək
tutaşmaq – vuruşmaq, döyüşmək, yaxalaşmaq, dalaşmaq, qovğa etmək, höcətləşmək