Bir gün Fuadla Lalə divarda bir elan oxudular: “İyun ayında həyətdə Çiçək bayramı müsabiqəsi keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər öz çiçək dəstələrini ayın son günü saat 12-də münsiflər heyətinə təqdim edə bilərlər”.
Lalə Fuada dedi:
– Fuad, gəlsənə Çiçək bayramında biz də iştirak edək!
Fuad Lalə ilə razılaşdı:
– Bu, çox maraqlı olar. Amma necə iştirak edək? Axı bizim çoxlu pulumuz yoxdur gözəl gül dəstəsi almağa.
Lalə isə başqa bir şey təklif etdi:
– Hələ iyun ayına çox var. O vaxta qədər gülü özümüz əkə bilərik.
Fuad maraqla* soruşdu:
– Biz bunu bacararıq?
– , bacararıq! – deyə Lalə qətiyyətlə bildirdi.
Dostlar danışdıqları kimi də elədilər. Fuad evlərindən balaca* bel, Lalə isə gül toxumları gətirdi. Onlar bağçada bir xeyli* işləyib, çoxlu gül əkdilər. Toxum alıb həyətdəki* bağçaya səpdilər.
Artıq bir neçə gündən sonra uşaqların əkdikləri toxumlar yavaş-yavaş* cücərməyə başladı. Uşaqların sevinclərinin həddi-hüdudu yox idi.
Müsabiqə başlayana qədər isə əkilmiş toxumlardan çox gözəl* lalələr açdı. Məhəllə adamları gülləri görəndə Fuadla Laləyə “əhsən” söylədilər. Onları təriflədilər.
Fuad da, Lalə də çiçək müsabiqəsində mütləq qalib gələcəklərinə inanırdılar.
Gözlənilən vaxt gəlib çatdı. Müsabiqə qonşu məhəllədə keçirilirdi. Fuad və Lalə əkdikləri güllərdən gözəl bir dəstə düzəltdilər. Onu gözəl* gül kağızlarına büküb müsabiqəyə təqdim etmək üçün apardılar. Amma onlar yaxınlaşanda fikir verdilər ki, düzəltdikləri gül dəstəsi başqalarının gül dəstələrindən kiçikdir. Özü də lalələr dəriləndən sonra başlarını aşağı dikmişdilər. Lalə Fuada heç bir söz deməsə də, dostu onu başa düşdü. Bahalı* lentlərlə bağlanmış böyük* səbət dəstələrinə baxanda uşaqlar bikef oldular. Başa düşdülər ki, gətirdikləri güllərlə müsabiqədə heç vaxt qalib gələ bilməyəcəklər. Lalə kefsiz-kefsiz* Fuada “gəl gedək”, – dedi.
Onlar dinməzcə* gülü stolun üstünə qoyub, həyətlərinə qayıtdılar. Sakitcə* bağçada oturub, əkdikləri güllərə baxmağa başladılar. Onları nahaq yerə qırdıqlarına peşman oldular.
Bir xeyli* keçəndən sonra uşaqlar gördülər ki, münsiflər heyətinin üzvləri və müsabiqə iştirakçıları onların həyətinə gəldilər. Lalə dəstəsi də onların əlində idi. Uşaqlar əvvəlcə* heç nə başa düşmədilər.