1)
Nevruz bayramınız kutlu olsun! (Türkiyə türkcəsi)
2)
Naurız kuttı bolsın! (Qazax türkcəsi)
3)
Nouruz meyramıgız kuttu bolsun! (Qırğız türkcəsi)
4)
Novruz bayramıngız mübarek bolsun! (Özbək türkcəsi)
5)
Novruz bayramımız quttu olsun! (Türkmən türkcəsi)
6)
Navrız meyramıngız mübarek bolsun! (Uyğur türkcəsi)
7)
Novruz bayramınızı tebrik item! (Tatar türkcəsi)
Novruz bayramı Özbəkistanda da təmtəraqla qeyd olunur. İnsanlar kütləvi gəzintiyə (“Seyir”) çıxırlar, yerlərdə yelləncəklər qurulur, xoruz döyüşləri keçirilir. Özbəklər Novruz süfrəsi üçün “nişala” hazırlayırlar. Nişala şəkərdən bişirilir və ağ şokolada bənzəyir. Özbəklər bayram vaxtı öküzlərin buynuzunu yağlayırlar. Məmləkətin yaşlı adamı əlini yağa batırar və öküzlərin buynuzunu yağlayar ki, yeni il bərəkətli olsun.
Qruplara bölünün, müəllimin tövsiyəsi ilə Türkiyə, İran, Əfqanıstan, Qazaxıstan, Tacikistan və Türkmənistan kimi ölkələrdən birində Novruzu qarşılama adətləri barədə təqdimat hazırlayın.
İnnabın əsl vətəni Çindir. Hələ çox qədimdən onu Şərqə, Qərbi Asiyaya və Afrikaya gətirmişlər. Hazırda Orta Asiyada, Krımda və Azərbaycanda yetişdirilir. Meyvəsi xırda olur. İrimeyvəli sortlar Çindən Azərbaycana gətirilmiş və yayılmışdır. Üç-dördillik ağacları bar verməyə başlayır. Altı-səkkiz metr hündürlüyü olan bu ağacın budaqları tikanlı, gövdəsi əyri-üyrüdür. Lələkşəkilli yarpaqlan hamar, parlaq və qayış kimidir. Ulduzşəkilli xırda, qızılı-sarı çiçəkləri, qırmızı-qəhvəyi rəngli parlaq şirin meyvələri olur.
A) hamısı sifətdir B) qohum sözlərdir C) quruluşca mürəkkəbdir