Haqqında ən çox rəvayət söylənilən quşlardan biri də hophopdur. Hophoplar yaz-yay aylarında ölkəmizə gəlir, payız-qışda isə köçüb isti yerlərə gedirlər. Bu bəzəkli quşun başındakı tüklər bir cərgə ilə düz qalxdığına görə ona bəzən şanapipik də* deyirlər. Sanki quşun başına daraq sancılıb. Bax bu darağa oxşarlıqdan da əfsanə, rəvayətlər yaranıb.
Bizə bənzər uzun dimdiyi, enli qanadı, düz quyruğu olan bu quşlar ağaclara, kollara, daşlara qonaraq “hophop” sədasını xatırladan səslər çıxarırlar. Yazda və* yayda kəndlərdə, tarlada, çöldə, meşədə saatlarla bu quşların nəğməsinə qulaq asmaq olar. Onlar daim bir yerdə durub oxumurlar. Tez-tez yerlərini dəyişirlər. Ona görə də adama elə gəlir ki*, quşlar bir-birini axtarırlar.
Əsasən, kürən rəngdə, üzərlərində ağ-qara, gil rəngli çillər olan hophoplar ağac koğuşlarında, daşların arasında, yarğanlarda yuva qururlar. Adətən, dörd-altı yumurta qoyan dişi hophop on səkkiz gün kürt yatır. Həmin müddətdə erkək hophop həm* özünə yem tapır, həm də* dişi hophop üçün dimdiyində yem gətirir.
Yumurtadan çıxmış ətcə balaları erkək və* dişi hophoplar birgə yedirdirlər. Balalar uçmağı öyrənəndən sonra pərvazlanıb, isti ölkələrə gedirlər.
rəvayət
hophop (şanapipik)
pərvazlanmaq
kürən
gil
yarğan
koğuş
səda
kürt yatmaq
1) Hophop quşuna nə üçün şanapipik də deyirlər?