Yadda saxlayın: Dilimizdə bəzi elə ikihecalı isimilər var ki, onlara saitlə başlanan şəkilçi artırıldıqda kökün son saiti düşür. Məsələn, şəkil – şəkl+im, şəkl+imiz, şəkl+i, sinif – sinf+in, sinf+i, sinf+imiz, oğul–oğl+um, oğl+unuz və s.
Bu sözlər, əsasən, aşağıdakılardır:
a) Sinif, fikir, ətir, ömür, eyib, isim, cisim, fəsil, şəkil, nəsil, səbir və s.
b) Beyin, çiyin, ağıl, qarın, alın, burun, ağız, boyun, oğul və s.
2-ci hissə
Quduzlaşmış ermənilər paslı kəlbətinlə oxumaq istəməyənlərin dilini dartıb qopardır, soyundurub ələ salırdılar. İşləməyə aparanda, işdən qaytaranda, yeməkdən əvvəl də, sonra da heydən-hərəkətdən düşənəcən onlara mahnı oxutdururdular. Gün ərzində girovlara iki dəfə əl boyda quru çörək, bir içim bulanıq su verirdilər. Yeməkdən qabaq bir qazan xörəyi gətirib, ortalığa qoyur, beş-on dəqiqədən sonra götürüb aparırdılar. Uşaqlar xörəyin ətrindən* bihuş olur, ağızlarının* suyu axır, gözlərini yumub, “ay ana” deyib ağlaşırdılar. Gecələr onları tunelə doldurub, ağzını* bərk-bərk örtürdülər. Girovlar o dərəcədə zəifləmişdilər ki, yerlərindən tərpənməyə taqətləri qalmamışdı. Yazıqlar soyuq, rütubətli çubuqların üstünə ölü kimi döşənirdilər.
Bir gün uşaqlar meşənin qabağındakı aşırımda səngər qazırdılar. Onlara nəzarət edən ermənilər talada kef məclisi qurmuşdular. Birdən lap yaxınlıqda atəş səsləri eşidildi. Bizimkilər girov saxlanan uşaqlan xilas etməyə gəlmişdilər. Uşaqlar çığırışa-çığırışa özlərini maşına saldılar, ermənilər isə girov götürüldü...
Bir müddətdən sonra dirçəlmiş uşaqların soluxmuş çöhrələrinə qızartı çiləndi, yaraları sağalmağa başladı.
Tutulmuş düşmənləri bizim meyitlərlə dəyişmək üçün kəndə gətirdilər. İkiayaqlı vəhşilər işgəncə verdikləri uşaqları görəndə başlarını aşağı saldılar. On bir yaşlı dilli-dilavər Hikmət qartalburun, yekəpər Aşotun çənəsinin altına girib:
– Məni tanımadın? – dedi. – Yadındadı, mənə deyirdin ki, denən erməniyəm, sənə bir saçaqlı konfet verim. Dillənmədiyimi görəndə huşumu itirənəcən döyürdün məni. Üstümu-başımı murdarlayırdın.Yaxşı, indi sən denən ki,"Qarabağ Azərbaycanındır, bir qələtdi eləmişəm”, mən də səni buraxım, çıx get balalarının yanına.