10
I
Qaranquşlar qayıtdı
Eyvandakı yuvaya. Bahar gəlib, Novruzu Gətirdi el-obaya. İlin dörd övladı var, Biri bahardır, bahar.
II
Hərarətli qoynuna
Yenə aldı bizi yay. Dedi: "Qonaq gəlmişəm, Qalacağam düz üç ay". İlin dörd övladı var, Yayda kefim kök olar. |
III
Payız gəldi, yarpaqlar
Oldu qızılı-sarı. Dərildi bağçaların, Bağların dadlı barı. İlin dörd övladı var, Payızda yağış yağar.
IV
Qondu qar dənələri
Kirpiyimə, qaşıma. İsti əlcək geyindim, Papaq qoydum başıma. İlin dörd övladı var, Qışda boran, qar olar. |