25-26
Şəngül:
Şəngüləm, gözlərim qara, Bənzəyirəm ceyranlara. Şəvə tüküm buruq-buruq, İncə baldır, qısa quyruq. Yeni çıxmış buynuzlarım, Buxağımda qotazlarım. Bir yaşında maral çəpiş, Bacaqlarım bir dal çəpiş. Şəngüləm, Şəngüləm, Şəngüləm. |
Şüngül:
Şüngülün gözləri nərgiz, Sanki dünyadan xəbərsiz. Gecə-gündüz oynaqlaram, Öz anamı qucaqlaram. İpək tükü bəyaz, yumşaq, Qulaqlarım sanki zanbaq. Alnındakı qaşqa gözəl, Yoxdu məndən başqa gözəl. Şüngüləm, Şüngüləm, Şüngüləm. |
Məngül:
Hələ bircə Məngülə bax, Ayağında şəklə bax. Yoxdur belə gözəl çəpiş, Nazlı çəpiş, təpəl çəpiş. Yumşaq tükü ala-bula, Tamamilə başabəla! Yoxdu belə gözəl çəpiş, Nazlı çəpiş, təpəl çəpiş. Məngüləm, Məngüləm, Məngüləm. |
REGİSTR - səs diapazonunun eyni tembrə malik müəyyən bir hissəsidir. |