22
Azərbaycan -Türkiyə
Musiqisi Cavanşir Quliyevin,
sözləri Bəxtiyar Vahabzadənindir.
I
Bir millətik, iki dövlət,
Eyni arzu, eyni niyyət.
Hər ikisi cümhuriyyət,
Azərbaycan-Türkiyə.
II
Bir ananın iki oğlu,
Bir ağacın iki qolu.
O da ulu, bu da ulu,
Azərbaycan - Türkiyə.
Sual və tapşırıqlar
"Qarabağ” mahnısında Qarabağın gözəllikləri hansı sözlərlə təsvir olunub?
Qarabağ haqqında daha hansı mahnıları eşitmisiniz?
"Azərbaycan-Türkiyə" mahnısında iki xalqın dostluğunu ifadə edən misraları səsləndirin.