20
|
Baharı qarşılayaq
|
Bahar dostluq və həmrəylik fəslidir. Onun gəlişi ilə təbiət oyanır. İnsanlar tarlalara çıxır, yer şumlayır, toxum səpir, ağac əkirlər. Əl-ələ verib, yallı gedirlər. |
I
Axar sular aşır-daşır, Dağ, dərələr yaşıllaşır. Sevincimiz həddən aşır, Ay uşaqlar, xoş bahar gəlir. |
II
Dağda çoban çalır tütək, Ot otlayır qoyun, inək. Əsir sərin-sərin külək, Ay uşaqlar, xoş bahar gəlir. |