19
Qaranquş
Musiqisi Ağabacı Rzayevanın,
sözləri Teymur Elçinindir.
I
Sən gələndə, qaranquş,
Bu yerlərə yaz gəlir.
Dalınca qatar-qatar
Durna gəlir, qaz gəlir.
Getmə uzaq, qaranquş,
Sinəsi ağ qaranquş.
II
Çox ölkələr keçmisən,
Oxu, nəğmən şirindir.
Dünyada ən gözəl yer
Öz yuvan, öz yerindir.
Xoş gəlmisən, qaranquş,
Qalmışdım nigaran, quş.
Sual və tapşırıqlar
Hansı çiçəyə "baharın qızı" deyilir?
"Qaranquş" və "Mən baharın qızıyam" mahnılarında hansı fəsildən danışılır?