16
|
Musiqidə iki lad
|
- Qoy insanlar xoşbəxt yaşasın, şən nəğmələr oxusunlar.
Minor buz dağlarından birinin üstünə çıxıb sürətlə bu diyardan uzaqlaşdı. Bərk külək əsir, ətrafda dalğalar şahə qalxırdı.
...Qəfildən günəş çıxdı, külək kəsdi, okean sakitləşdi. Sonra mavi suların qoynunda bir qayıq peyda oldu. Qayıqdan ətrafa şən musiqi yayıldı. Minor boylandı:
Ey, sən kimsən?
Qayıqdakı hündürboylu, şən səsli və yüksək əhvali-ruhiyyəli oğlan dilləndi:
- Mən Majoram Minor həyəcanlandı: - Dayan, Major, getmə! Sən bizim ölkəyə çox lazımsan. Əbədi qarlar və buzlaqlar ölkəsinə. Major gülümsədi: - Harada insanlara lazımamsa, ora getməyə həmişə hazıram. Dostum, tullan qayığa, birlikdə gedək. ...Günlər keçdi. Buzlar ölkəsinə bahar gəldi. Ağaclar çiçəklədi, quşlar şən nəğmə oxudu. Bu ölkənin insanları ilk dəfə idi ki, baharı görürdülər. Onlar sevinir və deyirdilər: — Yaşasın iki dost: Major və Minor! Biz sizi çox sevirik! Sevinc Nuruqızı |