|
Biz yolda hansı qaydalara əməl etməliyik?
|
Yeraltı və yer üstü keçidlər olan yerlərdə mütləq onlardan istifadə etmək lazımdır.
yeraltı keçid
nişanı |
yerüstü keçid
nişanı |
Yeraltı və yerüstü keçidlərdən başqa yollarda ağ zolaqlar çəkilmiş piyada keçidləri də olur. Yolların kənarında belə keçidləri göstərən işarələr quraşdırılır.
Bir çox piyada keçidlərində işıqfor qoyulur. İşıqforun piyadalar üçün yaşıl işığı yananda avtomobillər dayanır və piyadalar yolu keçirlər.
Bəzi piyada keçidlərində isə işıqfor qoyulmur. Belə keçidlərdə sürücülər avtomobili saxlayıb piyadalara yol verirlər.