Sinif otağımızı səliqəli saxlayırıq. Divardakı şəkilləri sinif yoldaşlarım çəkiblər. Gördüyünüz fiqurları da özümüz düzəltmişik. Mən kağızdan fiqurlar düzəltməyi sevirəm. Sinif otağımızdakı bitkilərə də özümüz qulluq edirik.
Birinci sinfi uğurla başa vurmuşuq. Bu dərs ilində də fəal olacağıq, çünki yeni bilik və bacarıqlara yiyələnmək istəyirik.
1) Məktəb qaydalarına nə üçün əməl etmək lazımdır?
2) Sinfinizdə nə xoşunuza gəlir? Nə üçün? |
|
İkinci sinifdə bilik və bacarıqlarımızın bir az da artması üçün yeni dərs ilində daha səylə çalışmalıyıq. |