İnsanlar istifadə etdikləri təbii qazın, elektrik enerjisinin və suyun haqqını pulla ödəyirlər. Onlar pulla ərzaq, paltar, kitab, ev əşyaları alırlar.
Pulu qənaətlə xərcləmək lazımdır. Evdə su kranını açıq qoymaq, işığı lazımsız yerə yandırmaq həm də pulu israf etmək deməkdir.
1) Şəkildəki pulları ümumi və fərqli cəhətlərinə
görə müqayisə edin.
2) İnsanlar pulu daha çox nələrə sərf edirlər? |
|
Milli pulumuz dövlətə aid əlamətlərdən biridir. Ona hörmətlə yanaşmaq, qənaətlə xərcləmək lazımdır. |