|
Milli pul nədir?
|
Azərbaycan manatı Azərbaycanın milli puludur. Azərbaycan Respublikasında insanların əməkhaqqı, təqaüd və pensiyaları milli pulla, yəni Azərbaycan manatı ilə verilir. Pullar xüsusi kağızdan və metaldan hazırlanır. Bir manat yüz qəpikdir.
Milli pulumuz dövlətimizə aid əlamətlərdən biridir. Pulu cırmaq, üstünə yazı yazmaq, şəkil çəkmək olmaz. Əzilməməsi üçün pulu pulqabıda gəzdirmək olar.
|
Pul insanlara nə üçün lazımdır? |