Axı hər bir uşaq böyüyüb əsgər olmağı, Vətənin keşiyində durmağı arzulayır.
Azərbaycan sülhsevər ölkədir. Güclü ordu yaratmasına baxmayaraq, Azərbaycan dövləti və xalqı müharibə istəmir. Torpaqlarımızın bir hissəsi Ermənistanın işğalı altında olanda da biz istəyirdik ki, torpaqlarımızı dinc yolla geri qaytaraq. Təəssüf ki, bu, mümkün olmadı. Müzəffər ordumuz torpaqlarımızı düşmən işğalından azad etmək üçün əks-hücuma keçməli oldu.
Azərbaycan əsgərləri müharibədə böyük şücaət göstərdilər. Torpaqlarımız işğaldan azad edildi. Əsgər və zabitlərimizin çoxu orden və medallarla təltif olundu. Mənim qardaşıma da cəbhədə göstərdiyi hünərə görə medal verdilər. Hamı bizi təbrik edirdi. Biz çox xoşbəxt idik. Bu savaş bütün dünyaya göstərdi ki, Azərbaycanın qüdrətli ordusu var. Ordumuz ölkəmizi, onun sərhədlərini qoruyur. Xalqımız ordumuza güvənir.