Adil başa düşdü ki, növbəti bir həftədə atasından cibxərcliyi istəməməlidir, çünki artıq bu həftə üçün ona düşən pulu xərcləyib. Onların söhbətini dinləyən böyük qardaş dedi:
- Mən cibxərcliyimi qənaətlə xərcləyirəm, ona görə də indi bir qədər pulum var. Bu həftə sənin cibxərcliyini mən verəcəyəm.
Adil çox utandı. O, qardaşına təşəkkür etdi. Bu hadisədən sonra atasından pul alanda azlığından şikayətlənmirdi. Başa düşmüşdü ki, az-çoxluğundan asılı olmayaraq cibxərcliyini qənaətlə xərcləmək lazımdır.
1) İsrafçılıqla qənaətcilliyin fərqini yoldaşlarınızla
müzakirə edin.
2) Birgünlük cibxərcliyinizi bölüşdürüb cədvəl şəklində yazın. |
|
Biz öz cibxərcliyimizi düzgün bölüşdürməli, artıq xərclərə yol verməməliyik. |