Axı insanlar yalnız körpəlikdə deyil, yaşlı vaxtlarında da qayğıya ehtiyac duyurlar.
Bir müddətdən sonra müəllimimiz bizi uşaq evinə də apardı. Uşaq evində valideyn himayəsindən məhrum olmuş uşaqlar yaşayırlar. Onların arasında bizim yaşıdlarımız da var. Biz uşaq evinin sakinləri ilə dostlaşdıq. Onlarla söhbət etdik, birlikdə oyunlar oynadıq.
Uşaq evindəki görüşümüz çox maraqlı keçdi. İndi hər birimizin orada bir neçə dostu var. Biz onlarla tez-tez əlaqə saxlayırıq. Bayram günlərində isə valideynlərimiz, yaxud müəllimimiz bizi onların görüşünə aparır.
1) Sizdə mətndə göstərilən keyfiyyətlərdən hansılar var?
2) Sizə kimlər qayğı göstərirlər? 3) Uşaq evində yaşayan yaşıdınıza məktub yazın. |
|
Mehriban, qayğıkeş olmaq müsbət, paxıl, tənbəl olmaq, yalan danışmaq isə mənfi keyfiyyətlərdir. |