Bitkilərə qulluq etmək, özündən kiçiklərə yardım etmək qayğıkeşlikdir. Qayğıkeşlik xeyirxahlıqdır.
|
Kimlərin qayğıya daha çox ehtiyacı var? |
Bir gün müəllim bizə dedi ki, bəzi yaşlı, tənha insanlar qocalar evində yaşayırlar. Kimsə onlara baş çəkəndə çox sevinirlər. Biz qərara gəldik ki, qocalar evinə, onların görüşünə gedək.
Şənbə günü müəllimimiz bizi qocalar evinə apardı. Qocalar evinin sakinləri gəlişimizdən çox sevindilər. Biz gətirdiyimiz hədiyyələri onlara verdik.
İşçilər, həkimlər orada yaşayan insanlara qulluq edirlər.