|
Yaxşı insan necə davranmalıdır? |
İnsanlar xasiyyətlərinə görə müxtəlif olurlar. Bəziləri gülərüz, mehriban və xeyirxah, bəziləri isə qaşqabaqlı, laqeyd olurlar. İnsanları sevmək, onlara mehriban yanaşmaq yaxşı keyfiyyətlərdir. Mərhəmətli, sadə insanlar ətrafdakılarla həmişə bu cür davranırlar. Belə insanları hamı sevir. Onlar haqqında danışanda “yaxşı insandır” deyirlər.