Anam həkimdir. O, tibb işçilərinin
yaratdığı böyük kollektivin üzvüdür. |
Atam tikinti mühəndisidir.Tikintidə
insanlar kollektiv şəkildə işləyirlər. |
Tikintidə sürücülər, bənnalar, rəngsazlar, dülgərlər birgə işləməsələr, yaşayış evləri, məktəblər və digər böyük binalar tikilməz.
Məktəbdə müxtəlif fənləri ayrıayrı müəllimlər öyrədirlər. Poliklinika və xəstəxanada da ayrı-ayrı xəstəlikləri müalicə edən həkimlər birlikdə işləyirlər. Kollektivdə güc birlikdədir.
Uşaqlar da idman, musiqi və başqa kollektivlər yaradırlar. Onlar birlikdə müxtəlif oyunlar oynayırlar. Birlikdə oynamaq daha maraqlı olur.
1) Ailə ilə kollektivin fərqini və oxşar cəhətlərini
izah edin.
2) Kollektiv yaratmağın insanlar üçün faydası nədir? |
|
İnsanlar kollektivdə birlikdə işləyirlər. Kollektivdə onlar bilik və bacarıqlarını birləşdirib daha güclü olurlar. |