Qar dənəsi küləyin qanadlarında quş kimi uçurdu. O bilirdi ki, bir azdan torpağa düşəcək və həmişəki yolunu yenidən təkrar edəcək.
Qışda yağan qar hava isinən kimi əriyib suya dönür, kiçik gölməçələr yaradır. Günəş çıxanda bu gölməçələr yox olur.
Təbiətdə su daim Günəşin istisi ilə buxarlanıb havaya qalxır və bulud əmələ gətirir. Buludlar isə yağıntıya - yağışa, qara, doluya çevrilir və su yenidən yerə qayıdır.
1) Su bir haldan başqa hala keçməsəydi, nə baş verərdi? 2) Evdə təcrübə aparın: Stəkana bir parça buz atın. Bir neçə saatdan sonra stəkanda nə baş verdiyini yoxlayın. Sonra stəkanı isti yerə qoyun. Bir neçə gündən sonra təcrübənizin nəticəsini yoxlayın. |
|
Təbiətdə temperaturun təsiri ilə su buxar və buz halına düşür. |