Elektron termometrlərdə temperatur ekranda işıqlanan rəqəmlərlə göstərilir. Mayeli termometrlərdə isə üstündə rəqəmlər yazılan lövhə (şkala) olur. Lövhəyə içərisində rəngli maye olan şüşə boru bərkidilir. İstidə şüşə borudakı maye yuxarı qalxıb istiliyə uyğun rəqəmin qarşısında dayanır.
Termometrlə yalnız istini yox, soyuğu da ölçmək mümkündür. Termometrin lövhəsində sıfırdan yuxarıdakı ədədlər istini, aşağıdakılar isə soyuğu göstərir.
Bədən temperaturunu həm elektron, həm də civəli termometrlə ölçürlər. Termometrin şüşə borusunda çox zəhərli maye - civə var. Ona görə də civəli termometrlə ehtiyatlı davranmaq lazımdır. Əgər termometr sınarsa, civəyə toxunmaq olmaz.
|
|
Havanın, suyun, insan bədəninin və digər varlıqların temperaturu onun qızma dərəcəsidir. Temperaturu termometrlə ölçürlər. |