|
Xatırlayın: ətraf mühit nədir?
|
Son zamanlar ətraf mühit çirklənmişdir. İnsanların sıx yaşadığı yerlərdə bu özünü daha çox göstərir. Ətraf mühitin çirklənməsinin çox səbəbləri var.
|
Sizcə, ətraf mühit ən çox haralarda çirklənə bilər? |
Bəzi istehsal müəssisələrində yaranan tüstü, çoxsaylı nəqliyyat vasitələrinin hərəkəti nəticəsində hava çirklənir.
İnsanların fəaliyyəti nəticəsində yaranan tullantılar və çirkab sular torpağı, çayları və digər içməli su mənbələrini çirkləndirir.