|
Bitkilər bir-birindən necə fərqlənir? |
Gövdələrinin quruluşuna görə bitkilər üç qrupa ayrılır: ağaclar, kollar və otlar.
Ağacların bir əsas gövdəsi olur. Ağac böyüdükcə onun gövdəsi yuxarıda budaqlanıb çətir əmələ gətirir.
Kolların yanaşı bitən bir neçə gövdəsi olur. Bu gövdələr ağacların gövdəsindən nazikdir.
Otlar zərif və yaşıl olur.
Bitkilər necə yetişməsindən asılı olaraq mədəni və yabanı bitkilərə bölünür. İnsanların yetişdirdiyi bitkilər mədəni bitkilərdir.
üzüm
|
pomidor
|
kələm
|
xiyar
|