Okean və dənizlərin suyu içməli deyil, çünki duzludur. Çayların suyu isə içməlidir. Göllərin bəziləri duzlu olsa da, çoxunun suyu içməlidir. Elə yerlər var ki, orada insanlar içməli suyun azlığından əziyyət çəkirlər. Ona görə də çayları çirkləndirmək olmaz. İçməli suyu qənaətlə işlətmək lazımdır.
|
Torpaq da həyatımız üçün vacib amillərdən biridir. |
Yaşamaq üçün canlılara qida lazımdır. Bu qidanın böyük hissəsi torpaqda yetişir. Torpaqda yetişən bitkilər bir çox heyvanların qidasıdır. İnsanların da qidasının əsas hissəsini bitkilər təşkil edir.
1) Canlılar üçün Günəşin əhəmiyyətini izah edin.
2) Həyat üçün hava və suyun rolundan danışın. 3) Canlıların yaşaması üçün torpağın əhəmiyyəti nədir? |
|
Bizim həyatımız ətraf mühit amillərindən asılıdır. |