Günəş şüaları, hava, su, torpaq ətraf mühit amilləridir.
Təbiətdə suyun buxarlanması, qarın əriməsi və bir çox başqa hadisələr Günəşin təsiri ilə baş verir. Günəş yerə işıq və istilik verməsə, bütün canlılar məhv olar.
|
Diqqət etmisinizmi, insanlar vacib olan şeylər haqqında “O mənə hava və su kimi lazımdır” ifadəsini işlədirlər. |
Hava və su canlıların yaşaması üçün vacibdir. Canlılar nəfəs almadan yaşaya bilməzlər. İnsan susuz bir neçə gün, havasız isə cəmi bir neçə dəqiqə yaşaya bilər. Nəfəs aldığı hava təmiz olmayanda insan xəstələnir. Ona görə də insanlar çalışmalıdırlar ki, hava çirklənməsin.
Yer səthinin çox hissəsini su tutur, ancaq bu suyun az hissəsi içməlidir. İçməli su getdikcə azalır. Yer kürəsinin bəzi yerlərində içməli su çatışmır.