|
Yaşadığınız yerdə Günəşin köməyi ilə cəhətləri müəyyən edin.
|
|
Cəhətləri yalnız Günəşə görə deyil, başqa üsullarla da müəyyən etmək olar. |
Cırtdanın nağılını, yəqin ki, bilirsiniz. Nağılda uşaqlar meşədə azır və divə rast gəlirlər. Əgər onlar Günəşsiz vaxtda cəhətləri müəyyən edə bilsəydilər, meşədə azmazdılar və evlərinin yolunu asanlıqla tapardılar.
Günəşdən başqa cəhətləri ağaclara, qarışqa yuvasına görə də müəyyən etmək olar. Meşədə ağacların bir tərəfində sanki yaşıl örtük əmələ gəlir. Bu örtüyün yarandığı tərəf şimalı göstərir.