Bəzən insanların ehtiyatsızlığından yanğınlar, partlayışlar baş verir. Belə qəzalar zamanı ətraf mühit toz və zəhərli maddələrlə çirklənir. Bu cür hallarda insanların özlərini tozun və zəhərli maddələrin təsirindən qoruması üçün müxtəlif vasitələr var. Əleyhqaz və respiratorlar belə vasitələrdəndir. Diqqət etsəniz, insanların çox olduğu böyük binalarda qırmızı rəngli balonlar görərsiniz. Bunlar yanğınsöndürmə balonlarıdır. Yanğınsöndürmə balonları yenicə başlayan yanğını tez söndürmək üçündür.
|
Evdə yanğın baş verərsə, belə etməlisiniz! |
Təbii fəlakətlərin və qəzaların fərqini izah edin.
|
|
Təbii fəlakətlər və qəzalar zamanı xüsusi davranış qaydaları var. Həyatımızı qorumaq üçün bu qaydaları öyrənmək və onlara əməl etmək lazımdır. |