İşləyən elektrik cihazına yaş əllə toxunmaq təhlükəlidir.
Qayçı, bıçaq, çəkic, burğu kimi kəsici-deşici alətlərdən istifadə edərkən də diqqətli olmaq lazımdır.
|
Ehtiyatlı olmağınızı tələb edən başqa təhlükələr də var!
|
• Tikinti işləri gedən yerlərdə oynamaq olmaz.
• Böyüklərin nəzarəti olmadan dəniz, göl və gursulu çayların kənarında oynamaq təhlükəlidir.
• Nə olduğunu bilmədiyiniz əşyalara toxunmayın.
• Qida məh sulu alarkən mütləq isti fadə vax tına ba xın. Köhnəl miş qida məh sulları da həyat üçün təh lükə yarada bilər.
• Kiçikyaşlı uşaqlar telefondan və kompüterdən yalnız böyüklərin nəzarəti ilə istifadə etməlidirlər.
• Tanımadığınız ərazilərə böyüklərin müşayiəti olmadan girməyin! Döyüşlər aparılmış yerlərdə siz müharibə zamanı basdırılmış minalara, partlamamış mərmilərə, digər hərbi sursatlara rast gələ bilərsiniz. Mina, mərmi və digər naməlum əşyalara heç vaxt toxunmayın! Bunlar həyat üçün təhlükə mənbəyidir.
|
Sadalanan hallarda, sizcə, həyat üçün hansı təhlükələr yarana bilər? |