Vaxtlı-vaxtında çimmək sağlamlığı qorumağa kömək edir. Çiməndən sonra təmiz paltarlar geyinmək lazımdır.
Hər gün səhər və axşam dişlərimizi fırçalamalıyıq.
Gün ərzində hərəkət edib yoruluruq. Yuxu rejiminə
əməl etsək, dincələrik və növbəti gün səhər yuxudan gümrah oyanarıq. Yuxu həm də tez böyüməyimizə kömək edir.Dincəlmək üçün yalnız yatmaq kifayət etmir, musiqi dinləmək, rəsm çəkmək, kitab oxumağa da zaman ayırmalıyıq.
Açıq havada oynamaq, oturduğumuz və yatdığımız otağın havasını tez-tez dəyişmək sağlamlığın əsas şərtlərindəndir.