Xəstələnəndə insan özünü pis hiss edir. Buna görə də öhdəsinə düşən işləri yaxşı və vaxtında yerinə yetirə bilmir. Onun iştahası olmur, əhvalı pozulur.
|
Sağlam böyümək üçün biz nə etməliyik?
|
Sağlam böyümək üçün düzgün qidalanmalıyıq: hər gün vaxtında yeməli, vitaminli qidalar qəbul etməliyik.
Sağlam olmaq, xəstəliklərdən qorunmaq üçün təmizliyə diqqət etməliyik. Əllərimizi tez-tez və yeməkdən əvvəl mütləq sabunla yumalıyıq.
Uzanmış dırnaqlarda xəstəliktörədicilər toplana bilər. Ona görə də dırnaqları çox uzanmadan kəsmək lazımdır.
Ayaqlarımız gün ərzində corab və ayaq qabıda olur. Bu, ayaqda pis qoxuya və xəstəliklərə səbəb ola bilər. Ona görə də hər axşam ayaqlarımızı yumalı, corablarımızı hər gün dəyişməliyik.