Mən çalışıram ki, öz işlərimi özüm görüm. Artıq çox işlərin öhdəsindən asanlıqla gəlirəm. Məsələn, yatağımı yığışdırmağı bacarıram. Bu işdə kiçik bacı-qardaşıma da kömək edirəm. Yeməkdən sonra boşqabları götürüb stolu səliqəyə salıram.
|
1) Ailə üzvləri nə üçün bir-birinə kömək etməlidirlər?
2) Valideynlərinizə hansı işlərdə kömək edirsiniz? |
Hər insan özünə aid olan işləri özü görməlidir. |