|
Piyada keçidində hərəkət etməyin də qaydaları var!
|
İşıqfor qoyulmayan keçidə yaxınlaşanda sürücünün sizi gördüyünə əmin olmaq lazımdır. Belə halda o, avtomobilin sürətini azaldır. Avtomobil tam dayanandan sonra yolu keçmək lazımdır.
Hərəkət iki tərəfli olan yolu keçərkən:
– əvvəlcə sola baxmaq;
– sonra yolun yarısınadək gedib dayanmaq və sağa baxmaq lazımdır.
Təhlükə sizliyə əmin olmaq, sonra hərəkət etmək lazımdır.