Birdən dəhşətli gurultu səsləri gəldi. 3 yaşlı Adil səsə yuxudan oya-
nıb
ağlamağa başladı. Ana tez beşikdəki körpəsinə yaxınlaşdı. Onu
qucağına götürdü.
Həm təklik, həm də bayırdan gələn vahiməli səslər onu qorxutdu.
Neçə vaxt idi ki, həyat yoldaşı Xocalı aeroportunda keşik çəkirdi.
Ana pəncərəyə yaxınlaşdı. Vıyıldayan güllələr, hər tərəfi bürümüş
alov dilimləri onu daha da qorxutdu. Geyinib Adili də götürdü. Onu
balaca yorğanına büküb bayıra qaçdı. Əvvəlcə nə edəcəyini bilmədi.
Bütün fikrini topladı.