6. Hikmətli sözlərdən hansı mətnin (səh. 92)
məzmununa uyğun gəlir?
7. Verilmiş sxemi tamamlamaqla “Dil insana
nə üçün lazımdır?” sualına cavab axtarın. DİL
8. B.Vahabzadə “Ana dilim” şeirində dili
necə qiymətləndirir? 9. “Azərbaycan Respublikasında dövlət dili
haqqında” Azərbaycan Respublikasının Qanunu vətəndaşlar qarşısında hansı tələbləri qoyur?
21 fevral
Beynəlxalq Ana Dili Günü 1 avqust Azərbaycan Dili və Əlifbası Günü |
AZƏRBAYCAN RESPUBLİKASININ
KONSTİTUSİYASI Maddə 21. Dövlət dili I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.
Maddə 1. Dövlət dilinin hüquqi statusu 1.1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur. 1.2. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. Maddə 5. Dövlət dilinin təhsil sahəsində işlənməsi 5.1. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır. 5.2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir. 5.3. Azərbaycan Respublikasın da ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir. Maddə 14. Dövlət dilinin əlifbası Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. Heydər ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 30 sentyabr 2002-ci il |