Şeiri oxuyun.
Ana dilim
Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən, Bu torpaqdan, bu yerdən, Elin bağrından qopan yanıqlı nəğmələrdən, Güllərin rənglərindən, çiçəklərin iyindən, Mil düzünün, Muğanın sonsuz genişliyindən, Ağsaçlı babaların əqlindən, kamalından, Düşmən üstünə cuman o Qıratın nalından qopan səsdən yarandın. Sən xalqımın aldığı ilk nəfəsdən yarandın. Bu dil tanıtmış bizə bu dünyada hər şeyi, Bu dil əcdadımızın bizə qoyub getdiyi Ən qiymətli mirasdır, onu gözlərimiztək Qoruyub, nəsillərə biz də hədiyyə verək! (Bəxtiyar Vahabzadə) |
3. Bülbül nə üçün quşlara “bülbül dilində
oxumağı” öyrədə bilmədi?
4. Siçan tutuquşuna “...Öz ana dilində
oxuyurdun” deyərkən nəyi nəzərdə
tuturdu? Siçan nə üçün həm bülbülün,
həm də tutuquşunun biabır
olmasına işarə edir?
5. Sxem əsasında danışın.
TUTUQUŞU
BÜLBÜL
Mənim nəzərimdə
|