günlər | [ günnər ] |
çəmənlər | [ ... ] |
Biri vardı, biri yoxdu. Çəpəri dağılmış, gülləri solmuş, ağacları yarıqurumuş köhnə
bir bağ vardı. Bağda yaşayan quşların günləri çox çətin keçirdi.
Günlərin birində bu bağa bir bülbül uçub gəldi və bir neçə nəğmə oxudu.
O, bağdakı quşları başına yığdı. Quşlar yığılan kimi bülbül onlara nitq söylədi.
Bu nitqdən quşlar bir şey anlamadılarsa da, yenə çoxlu alqışlayıb: “Əhsən!
Əhsən!” – dedilər.
Sonra bülbül bu bağa gəlmək niyyətini bəyan etdi və dedi:
– Mənim əziz qardaşlarım! Mən yaşıl, güllü-çiçəkli çəmənləri buraxıb
bura gəldim ki, sizə də özüm kimi nəğmə oxumaq öyrədim. Buyurun,
başlayaq!
Bunu deyib bülbül quşlara təlim keçməyə başladı. Qarğalar qırıldaşdı, bayquşlar ulaşdı, sağsağanlar qığıldaşdı, sərçələr
cikkildəşdi, xülasə, hər quş öz anasının öyrətdiyi səslə oxumağa başladı.
Bülbül nə qədər çalışdı, quşlardan heç biri onun kimi oxuya bilmədi.
Ancaq bircə tutuquşu, öz adətinə görə, onu yamsılaya bildi. Axırda bülbül
quşlardan naümid olub onları tutuquşuna tapşırdı və özü də gəldiyi yerə
qayıtdı. Bülbül gedəndən sonra tutuquşu bir k(a,o)nsert
pr(o,a)qramı düzəltdi. Dəvət
olunmuş qonaqlar həmin gün məclisə yığıldılar. Tutuquşu bir uca yerə çıxıb əcaib bir
səslə qarğa kimi qarıldadı, sağsağan kimi qığıldadı, hətta qurbağa kimi quruldadı da.
Ancaq bülbül kimi oxuya bilmədi.
Tutuquşuna qulaq asan Siçan bunu görüb dedi: