Şam ağacı bildi bu keyfiyyəti,
Söylədi: “Bəsdir, buraxın söhbəti!
Boş danışıqdan nə çıxar, ay balam?
Qış günü siz çılpaq olursuz tamam.
Ancaq mənim qışda da yaz kimi,
Yaşıl olur paltarım atlaz kimi.
Lazımam mən ev tikən insanlara,
Həm dirəyəm, həm qapı eyvanlara.
Qış sobada xalq məni yandırar,
Mənfəətim xalqa mənim çox dəyər”.
Mirzə Ələkbər Sabir