3
Ağacların bəhsi
1. Mətni obrazların “səs tonu”na uyğun oxuyun. İntonasiyaya
uyğun müvafiq əl hərəkətlərindən istifadə edin.
Alma, palıd, şam ağacı hal ilə
Eylədilər bəhs bu minval ilə:
Başladı tərifə palıd qamətin,
Öydü özün zorbalığın, halətin:
“Yetməz olur, – söylədi, – dağlar mənə,
Layiq olur fəxr edə bağlar mənə.
Az qala, başım yetişir göylərə,
Şax budağım kölgə salıb hər yerə;
Əssə külək, qopsa da tufan, yenə
Əyməyə əsla gücü çatmaz mənə;
Canlıcadı, zorbacadı baldırım,
Sındıra bilməz məni heç ildırım!”
Alma ağacı ona verdi cavab:
“Eyləmə tərif özünü, ey cənab!
Zorbadı hərçənd ki qəddin sənin,
Yox mənə tay olmağa həddin sənin.
Səndə bitər bir neçə vecsiz qoza,
Ancaq o da qismət olar donquza.
Məndə amma yaxşı, gözəl alma var,
Rəngini hər kim görə, heyran qalar!
Dadlı, lətafətli, məlahətlidi,
Saplağı incə, özü ləzzətlidi!”