|
14. Müvafiq şəkilçilərdən istifadə etməklə sağ və sol sütundakı sözləri uyğunlaşdırın.
|
unutmaq
bağışlamaq
xatırlatmaq
istəmək
qazandırmaq
|
hörmət, insan, dost, hədiyyə, şöhrət,
tədbir, hadisə, yemək, ünvan, yoldaş, ata, bacı ✓ Bir neçəsini cümlədə işlədin.
|
Həmişə dərsdə fəal iştirakı və qeyri-adi cavabları ilə fərqlənən Nicatın sual-cavabda iştirak etməməsi Lalə müəllimin diqqətini cəlb etdi.
– Nicat, deyilənlərə nə əlavə edə bilərsən?
– Müəllim, mən hesab edirəm ki, ən böyük möcüzə düşünmək, danışmaq, eşitmək, görmək, hiss etmək, dadmaqdır.
|
16 “Kitab böyük müəllimdir” mövzusunda
təqdimat hazırlayın. |