1. Sorğu.
Yaşıdlarınız
arasında mütaliə
ilə bağlı sorğu
keçirin.
Sorğunun keçirilməsi üçün plan.
1. Müəlliminizin köməyi ilə suallar tərtib edin.
2. Yoldaşlarınıza suallarla müraciət edin.
3. Cavablarınızı ümumiləşdirin.
4. Nəticələri təqdim edin.
Sorğunun keçirilməsi üçün sualları təqdim edirik
(Siz fərqli suallar da tərtib edə bilərsiniz):
1. Boş vaxtlarınızda nə edirsiniz?
Təxmini cavablar belə ola bilər:
● Kompüterdə oyunlar oynayıram.
● Kitab oxuyuram.
● Rəsm çəkirəm.
2. Hansı kitablara üstünlük verirsiniz?
3. Kitabı nə üçün oxuyuruq?