Əziz dost!
Daha bir bölmənin sonuna gəldik. Bölmədə müxtəlif mətnlərlə
tanış oldunuz. Yer kürəsinin “müraciəti”ni dinlədiniz.
Artıq sağlamlığınızın qorunmasında təbiətin, havanın, suyun,
gigiyena qaydalarına riayət etməyin rolu haqqında müəyyən
təsəvvürlərə maliksiniz. Siz təbiət hadisələri fonunda birlik və
həmrəyliyin vacib olduğunu, insanın təbiətlə daim təmasda olduğunu,
təbiətin yaratdığı nemətlərdən faydalandığını öyrəndiniz.
Əvvəl bildiklərinizlə öyrəndikləriniz arasında fərq oldumu?
Yeni nə öyrəndiniz?
Verilmiş cümlələri tamamlayın, yazılarınızı müzakirə edin. Fikir-
lərinizi
yaşıdlarınızla bölüşün.